Arama:
Alzheymer xəstəliyi

Alzheymer xəstəliyi (XBT-10 üzrə kodları  G30, F00) – qocalıqönü yaşda meydana gələn psixi xəstəliklərdən biri olub, əsasında baş beynin strukturlarının durmadan inkişaf edən atrofiyası prosesləri dayanır. Alzheymer xəstəliyi, əsas etibarilə 60-65 yaşdan sonra inkişaf edən və idrak qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan qocalıq ağıl zəifliyinin proqressivləşən bir formasıdır. Daha fazlasını oku

Yuxu pozulmaları

Yuxusuzluq – bu və ya digər səbəblərdən insan beyninin orqanizmin istirahət etməsi üçün lazım olan vaxt müddəti qədər yata bilməməsidir. Bütün insanlar fərqli olduğundan, hər kəsin tələb etdiyi yuxunun miqdarı da fərqlidir. Yuxusuzluq sizin nə qədər tez yuxuya getməyiniz və neçə saat yatmağınızla deyil, yatdığınız yuxunun keyfiyyəti  və yuxudan oyandıqdan sonra özünüzü nə dərəcədə gümrah  hiss etməyinizlə xarakterizə olunur. Daha fazlasını oku