Arama:
“Nevrologiyaya aid kliniki-situasion məsələlər” kitabı

Oxucuların diqqətinə çatdırılan bu kitab, mənim sinir xəstəliklərinə həsr olunmuş dördüncü kitabımdır. Bundan əvvəl çap etdirdiyim “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (2019), “Sinir xəstələrinin müayinəsi metodları” (2020) və “Geniş yayılmış sinir xəstəlikləri” (2022) kitablarımda mən sinir xəstəliklərinin tədqiqat metodlarını ətraflı təsvir etmiş, həmçinin nevropatoloqların Daha fazlasını oku

“Sinir xəstələrinin müayinəsi metodları” kitabı haqqında

Oxucuların diqqətinə çatdırılan bu kitabda, sinir xəstələrinin müayinə metodları haqqında söhbət açılır.

“Sinir xəstələrinin müayinəsi metodları” kitabı (12655 N-li müəlliflik şəhadətnaməsi), ümumilikdə 2 böyük hissəyə ayrılr. Birinci hissədə mərkəzi və periferik sinir sistemi haqqında ətraflı söhbət açılır. Daha fazlasını oku

Spinal və nevral amiotrofiyalar

Spinal amiotrofiyalar (XBT-10 üzrə kodu G12) – uşaqlıq və yeniyetməlik dövrü xəstəliklərinin ən ağır şəkildə keçən qruplarından biridir. Spinal amiotrofiyaların    3 forması ayırd edilir: Verdniq-Hoffmann forması (I tip), aralıq forma (II tip) və Kügelberq-Velander forması (III tip).

Bu xəstəlik, onu ilk dəfə təsvir etmiş iki alimin adını daşıyır. XIX əsrin sonlarında Verdniq və Hoffmann tərəfindən xəstəliyin morfoloji mahiyyəti sübut edilmişdir. Onlar xəstəliyin yeganə formasının olduğunu güman edirdilər. Lakin XX əsrdə Kügelberq və Velander, Verdniq-Hoffmann spinal amiotrofiyası ilə eyni genetik səbəbi olan spinal Daha fazlasını oku

Exoensefaloqrafiya (ExoEQ)

Exoensefaloqrafiya (ExoEQ) – ultrasəs neyrofizioloji diaqnostik metodu olub, baş  beynində  patoloji dəyişikliklərin  mövcudluğunu qiymətləndirməyə  və diferensiasiya etməyə  imkan verir. Bu müayinə üsulunun adı, yunan  mənşəli “echo” (əks-səda),  “encephalon” (baş beyni)  və “grapho” (yazmaq, təsvir) sözlərindən kötürülmüdür Daha fazlasını oku

Dağınıq skleroz

Dağınıq skleroz sinir sisteminin xroniki proqressivləşən xəstəliklərindəndir, daha çox gənc yaşlı  insanları zədələyir. Dağınıq skleroz sinir sisteminin xroniki demiyelinləşdirici xəstəliyidir. Xəstəlik autoimmun-iltihabi inkişaf  mexanizminə malikdir və onun yaranma səbəbləri hələ axıradək öyrənilməmişdir. Xəstəlik kifayət qədər yayılmış bir nozoloji  formadır və son illərdə onun daha da artmağa meylli olması  müşahidə edilməkdədir. Daha fazlasını oku

 Mielit

Mielit – onurğa beyininin bütün iltihabi proseslərinin ümumi adı olub, onun həm boz, həm də ağ maddəsini əhatə edə bilər. Xəstəliyin XBT-10 üzrə kodu  G04-G05-dir. Mielit termini ilə onurğa beyninin istənilən iltihabi prosesini adlandırırlar. İltihabın formasından və yayılma dərəcəsindən asılı olaraq, simptomların şiddəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bu xəstəlik indiyədək sinir sisteminin ağır xəstəliklərindən hesab olunur. Daha fazlasını oku