Arama:
“Nevrologiyaya aid kliniki-situasion məsələlər” kitabı

Oxucuların diqqətinə çatdırılan bu kitab, mənim sinir xəstəliklərinə həsr olunmuş dördüncü kitabımdır. Bundan əvvəl çap etdirdiyim “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” (2019), “Sinir xəstələrinin müayinəsi metodları” (2020) və “Geniş yayılmış sinir xəstəlikləri” (2022) kitablarımda mən sinir xəstəliklərinin tədqiqat metodlarını ətraflı təsvir etmiş, həmçinin nevropatoloqların Daha fazlasını oku

Spinal və nevral amiotrofiyalar

Spinal amiotrofiyalar (XBT-10 üzrə kodu G12) – uşaqlıq və yeniyetməlik dövrü xəstəliklərinin ən ağır şəkildə keçən qruplarından biridir. Spinal amiotrofiyaların    3 forması ayırd edilir: Verdniq-Hoffmann forması (I tip), aralıq forma (II tip) və Kügelberq-Velander forması (III tip).

Bu xəstəlik, onu ilk dəfə təsvir etmiş iki alimin adını daşıyır. XIX əsrin sonlarında Verdniq və Hoffmann tərəfindən xəstəliyin morfoloji mahiyyəti sübut edilmişdir. Onlar xəstəliyin yeganə formasının olduğunu güman edirdilər. Lakin XX əsrdə Kügelberq və Velander, Verdniq-Hoffmann spinal amiotrofiyası ilə eyni genetik səbəbi olan spinal Daha fazlasını oku