Arama:
Eritromelalgiya

Eritromelalgiya (Mitçell sindromu, Pospelovun dərinin ağrılı məhdud ödemi, akromelalgiya, Lannuanın ətrafların vazomotor iflici) kliniki əlamətləri əllərin və ayaqların kiçik arteriyalarının paroksizmal genişlənməsi səbəbindən baş verən vegetativ sinir sisteminin nadir xəstəliklərindəndir. Daha fazlasını oku

 Hentinqton xoreyası

Hentinqton xoreyası (XBT-10 üzrə kodları G10, F02.2) – mərkəzi sinir sisteminin proqressivləşən irsi xəstəliyidir. Tibbi ədəbiyyatda Hentinqton xəstəliyi, degenerativ xoreya, irsi xoreya, proqressivləşən xroniki xoreya, xoreik demensiya adı ilə rast gəlinir. Bütün bunların hamısı eyni xəstəlikdir. Spontan məcburi hərəkətlər, zehni və ruhi pozuntularla

Daha fazlasını oku

Alzheymer xəstəliyi

Alzheymer xəstəliyi (XBT-10 üzrə kodları  G30, F00) – qocalıqönü yaşda meydana gələn psixi xəstəliklərdən biri olub, əsasında baş beynin strukturlarının durmadan inkişaf edən atrofiyası prosesləri dayanır. Alzheymer xəstəliyi, əsas etibarilə 60-65 yaşdan sonra inkişaf edən və idrak qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan qocalıq ağıl zəifliyinin proqressivləşən bir formasıdır. Daha fazlasını oku

 Miasteniya

Miasteniya qravis – əzələlərin patoloji  yorğunluğu və zəifliyi ilə xarakterizə olunan, böhranlarla keçən və proqressivləşməyə meylli xroniki xəstəlikdir.

Miasteniya ilk dəfə 1672-ci ildə Tomas Uillis tərəfindən təsvir edilmişdir. Hal-hazırda miasteniya gravis xəstəliyi dünyada hər 100 min əhali sayına  5-10  xəstə təşkil edir. XBT–10 üzrə kodu G 70.0-dir. Miasteniya gravis daha çox 20 – 40 yaş arasında başlanır. Qadınlar kişilərdən daha tez-tez xəstələnir (2: 1). Daha fazlasını oku

Araxnoidit

Araxnoidit – beynin hörümçək torunabənzər qişasının autoimmun iltihabi zədələnməsi olub, orada bitişmələrin və sistlərin formalaşmasına gətirib çıxarır. Araxnoiditin XBT-10 üzrə kodu  G 03.9-dur.

     Araxnoidit termini ilk dəfə 1845-ci  ildə A. T. Tarasenkov tərəfindən istifadə edilmişdir. Serebral

Daha fazlasını oku