Arama:
“Sinir xəstələrinin müayinəsi metodları” kitabı haqqında

Oxucuların diqqətinə çatdırılan bu kitabda, sinir xəstələrinin müayinə metodları haqqında söhbət açılır.

“Sinir xəstələrinin müayinəsi metodları” kitabı (12655 N-li müəlliflik şəhadətnaməsi), ümumilikdə 2 böyük hissəyə ayrılr. Birinci hissədə mərkəzi və periferik sinir sistemi haqqında ətraflı söhbət açılır. Daha fazlasını oku

Spinal və nevral amiotrofiyalar

Spinal amiotrofiyalar (XBT-10 üzrə kodu G12) – uşaqlıq və yeniyetməlik dövrü xəstəliklərinin ən ağır şəkildə keçən qruplarından biridir. Spinal amiotrofiyaların    3 forması ayırd edilir: Verdniq-Hoffmann forması (I tip), aralıq forma (II tip) və Kügelberq-Velander forması (III tip).

Bu xəstəlik, onu ilk dəfə təsvir etmiş iki alimin adını daşıyır. XIX əsrin sonlarında Verdniq və Hoffmann tərəfindən xəstəliyin morfoloji mahiyyəti sübut edilmişdir. Onlar xəstəliyin yeganə formasının olduğunu güman edirdilər. Lakin XX əsrdə Kügelberq və Velander, Verdniq-Hoffmann spinal amiotrofiyası ilə eyni genetik səbəbi olan spinal Daha fazlasını oku

Spinal insult – onurğa beyni qan dövranının pozulmaları

 

Onurğa beyni qan dövranının pozulması (XTB-10 üzrə kodu G95.1) – o qədər də geniş yayılmadığna baxmayaraq, insan üçün olduqca təhlükəli və ağır bir xəstəlikdir. Onurğa beyni qan dövranının pozulmaları – onurğa beynini təchiz edən qan damarlarının patologiyaları və ya ekstravazal kompressiyası nəticəsində yaranan kəskin və xroniki qan dövranı xəstəlikləridir. Daha fazlasını oku

Dağınıq skleroz

Dağınıq skleroz sinir sisteminin xroniki proqressivləşən xəstəliklərindəndir, daha çox gənc yaşlı  insanları zədələyir. Dağınıq skleroz sinir sisteminin xroniki demiyelinləşdirici xəstəliyidir. Xəstəlik autoimmun-iltihabi inkişaf  mexanizminə malikdir və onun yaranma səbəbləri hələ axıradək öyrənilməmişdir. Xəstəlik kifayət qədər yayılmış bir nozoloji  formadır və son illərdə onun daha da artmağa meylli olması  müşahidə edilməkdədir. Daha fazlasını oku