Arama:
“Sinir xəstələrinin müayinəsi metodları” kitabı haqqında

Oxucuların diqqətinə çatdırılan bu kitabda, sinir xəstələrinin müayinə metodları haqqında söhbət açılır.

“Sinir xəstələrinin müayinəsi metodları” kitabı (12655 N-li müəlliflik şəhadətnaməsi), ümumilikdə 2 böyük hissəyə ayrılr. Birinci hissədə mərkəzi və periferik sinir sistemi haqqında ətraflı söhbət açılır. Daha fazlasını oku

Nevroloji xəstələrin diaqnostikasında pozitron emission tomoqrafiya (PET) müayinəsinin tətbiqi

Pozitron  emission tomoqrafiya (digər adı – 2 fotonlu emission tomoqrafiya) – insanın  və  ya heyvanların daxili orqanlarının radionuklid tomoqrafiyası  müayinə metodudur. Metod, pozitronların elektronlarla annihilyasiyası zamanı  yaranan γ-kvant cütlərinin qeydiyyatına əsaslanır. Pozitronlar, müayinədən  əvvəl  xəstənin orqanizmə  yeridilən radiofarmakoloji preparatın tərkibinə daxil olan radionuklidin pozitron β parçalanması zamanı  meydana çıxır. Daha fazlasını oku

Dağınıq skleroz

Dağınıq skleroz sinir sisteminin xroniki proqressivləşən xəstəliklərindəndir, daha çox gənc yaşlı  insanları zədələyir. Dağınıq skleroz sinir sisteminin xroniki demiyelinləşdirici xəstəliyidir. Xəstəlik autoimmun-iltihabi inkişaf  mexanizminə malikdir və onun yaranma səbəbləri hələ axıradək öyrənilməmişdir. Xəstəlik kifayət qədər yayılmış bir nozoloji  formadır və son illərdə onun daha da artmağa meylli olması  müşahidə edilməkdədir. Daha fazlasını oku