Arama:
“Sinir xəstələrinin müayinəsi metodları” kitabı haqqında

Oxucuların diqqətinə çatdırılan bu kitabda, sinir xəstələrinin müayinə metodları haqqında söhbət açılır.

“Sinir xəstələrinin müayinəsi metodları” kitabı (12655 N-li müəlliflik şəhadətnaməsi), ümumilikdə 2 böyük hissəyə ayrılr. Birinci hissədə mərkəzi və periferik sinir sistemi haqqında ətraflı söhbət açılır. Daha fazlasını oku

“Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” kitabı haqqında

Oxucuların diqqətinə çatdırılan bu kitabda, adından göründüyü kimi, dünyada mövcud оlan çоxsaylı sinir xəstəlikləri arasında məhz Azərbaycan ərazisində daha çox yayılmış nevroloji xəstəliklər haqqında söhbət açılır. Bu xəstəliklər hər il respublikamızda minlərlə insanı zədələyərək, оnların  uzunmüddətli, bəzi hallarda isə həmişəlik оlaraq cəmiyyətdən təcrid оlunmasına Daha fazlasını oku

Spinal və nevral amiotrofiyalar

Spinal amiotrofiyalar (XBT-10 üzrə kodu G12) – uşaqlıq və yeniyetməlik dövrü xəstəliklərinin ən ağır şəkildə keçən qruplarından biridir. Spinal amiotrofiyaların    3 forması ayırd edilir: Verdniq-Hoffmann forması (I tip), aralıq forma (II tip) və Kügelberq-Velander forması (III tip).

Bu xəstəlik, onu ilk dəfə təsvir etmiş iki alimin adını daşıyır. XIX əsrin sonlarında Verdniq və Hoffmann tərəfindən xəstəliyin morfoloji mahiyyəti sübut edilmişdir. Onlar xəstəliyin yeganə formasının olduğunu güman edirdilər. Lakin XX əsrdə Kügelberq və Velander, Verdniq-Hoffmann spinal amiotrofiyası ilə eyni genetik səbəbi olan spinal Daha fazlasını oku

 Hentinqton xoreyası

Hentinqton xoreyası (XBT-10 üzrə kodları G10, F02.2) – mərkəzi sinir sisteminin proqressivləşən irsi xəstəliyidir. Tibbi ədəbiyyatda Hentinqton xəstəliyi, degenerativ xoreya, irsi xoreya, proqressivləşən xroniki xoreya, xoreik demensiya adı ilə rast gəlinir. Bütün bunların hamısı eyni xəstəlikdir. Spontan məcburi hərəkətlər, zehni və ruhi pozuntularla

Daha fazlasını oku

Alzheymer xəstəliyi

Alzheymer xəstəliyi (XBT-10 üzrə kodları  G30, F00) – qocalıqönü yaşda meydana gələn psixi xəstəliklərdən biri olub, əsasında baş beynin strukturlarının durmadan inkişaf edən atrofiyası prosesləri dayanır. Alzheymer xəstəliyi, əsas etibarilə 60-65 yaşdan sonra inkişaf edən və idrak qabiliyyətinin tamamilə itirilməsinə səbəb olan qocalıq ağıl zəifliyinin proqressivləşən bir formasıdır. Daha fazlasını oku

 Miasteniya

Miasteniya qravis – əzələlərin patoloji  yorğunluğu və zəifliyi ilə xarakterizə olunan, böhranlarla keçən və proqressivləşməyə meylli xroniki xəstəlikdir.

Miasteniya ilk dəfə 1672-ci ildə Tomas Uillis tərəfindən təsvir edilmişdir. Hal-hazırda miasteniya gravis xəstəliyi dünyada hər 100 min əhali sayına  5-10  xəstə təşkil edir. XBT–10 üzrə kodu G 70.0-dir. Miasteniya gravis daha çox 20 – 40 yaş arasında başlanır. Qadınlar kişilərdən daha tez-tez xəstələnir (2: 1). Daha fazlasını oku