Arama:

Bioqrafiya

  • 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
  • 1991-ci ildə 5 saylı kimya-biologiya təmayüllü litseyi gümüş medalla bitirmişdir.
  • 1991-1997-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsində təhsil almışdır.
  • 1997-1998-ci illərdə akademik M.Ə. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının I əsəb xəstəlikləri şöbəsində nevrologiya üzrə internatura kursu keçmişdir.
  • 1998-2001-ci illərdə cəbhə bölgəsində hərbi həkim kimi xidmət göstərmişdir.
  • 2001-2003-ci illərdə MTN-nin hərbi hospitalının sinir-əsəb xəstəlikləri bölməsində həkim-ordinator vəsifəsində çalışmışdır.
  • 2003-2007-ci illərdə DSX-nin Mərkəzi Hərbi-Həkim komissiyasında ekspert-nevropatoloq vəzifəsində çalışmışdır.
  • 2007-ci ildə tibb xidməti mayoru rütbəsində ordudan tərxis olunmuşdur.
  • 2007-ci ildən hal-hazırkı dövrədək müxtəlif şəxsi klinikalarada həkim-nevropatoloq vəzifələrində çalışmışdır.
  • 2016-2021-ci illərdə tibb.az saytının nevropatoloqu kimi çalışmış, 3000-dən artıq şəxsin online şəkildə tibbi konsultasiyasını həyata keçirmişdir.
  • az tibbi saytında nevrologiyaya aid 35 elmi məqaləsi dərc olunmuşdur.
  •  2019-cu ildə “Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri” kitabı çapdan çıxmışdır.
  • 2020-cı ildə “Sinir xəstələrinin müayinəsi metodları” kiabı çapdan çıxmışdır.