Elektroneyromioqrafiya (ENMQ)
Elektroneyromioqrafiya (ENMQ) – periferik sinir sisteminin, skelet əzələlərinin və onurğa beyninin işinin hərtərəfli öyrənilməsi üçün nəzərdə tutulmuş müasir, yüksək effektiv bir müayinə metodudur. Müayinə, impulsların sinir sistemindən bilavasitə əzələ toxumasına qədər ötürülmə gücünü qeydə alan xüsusi tibbi avadanlıqlarla həyata keçirilir. Elektroneyromioqrafiya – kliniki neyrofiziologiyanın periferik sinirlərin və əzələlərin elektrik fəallığının tədqiqi ilə məşğul olan bölməsidir. Mahiyyət etibarilə onun çox hissəsi müxtəlif növ spontan, iradi, törədilmiş və reflektor EMQ-nin qeydiyyatına həsr edilmişdir, neyromioqrafiya isə onun nisbətən məhdud bir hissəsini təşkil edir və periferik hissi liflərin fəaliyyət potensiallarının qeydiyyatı ilə əlaqədar olan müayinə metodlarını təmsil edir ki, bu cəhətdən də o, törədilmiş potensial (TP) metodu ilə birləşmiş olur. Elektroneyromioqrafiyanın əsas məqsədi:
- Sinir sisteminin liflərinin fəaliyyətinin və onların həssaslığının qiymətləndirilmə
- Zədələnmə nahiyəsinin, xəstəliyin növünün və patoloji dəyişikliyin ağırlıq dərəcəsinin müəyyənləşdirilmə
Elektroneyromioqrafiya, innervasiya olunmuş əzələlərin TP-nin (stimulyasiya olunmuş elektroneyromioqrafiya) və ya sinirin (stimulyasiya olunmuş elektroneyroqrafiya) sonrakı tədqiqı ilə periferik sinirin elektrik stimullaşdırılmasının istifadəsinə əsaslanan kompleks bir müayinə üsuludur.
Törədilmiş əzələ potensiallarına aid edilir:
M-cavab, periferik hərəki sinirinin elektrik stimullaşdırılmasına cavab olaraq əzələlərin hərəki vahidlərinin ümumi sinxron boşalmasıdır. Onun formasını, fazalığını, amplitudasını, davametə müddətini, distal və qalıq latentliyini qiymətləndirirlər. Normada, səthi bipolyar elektroddan istifadə edərkən, M cavabının maksimum amplitudu 7-15 mV olan 15 ilə 25 ms arasında davam edən iki fazası (mənfi və müsbət) vardır. Denervasion (nevral) zədələnmə zamanı, M-cavab polifazalı olur, onun davametmə müddəti artır, maksimal amplitudu azalır, latent dövrü uzanır və qıcıqlanma kandarı artır.
H-refleks – hərəki aksonları üçün kandaraltı stimuldan istifadə edərək hissi sinir liflərinin elektrik stimullaşdırılması zamanı əzələnin reflektor reaksiyasıdır. Yaranma mexanizminə görə axill refleksinə oxşar olan monosinaptik bir refleksdir. H- və M-cavabların maksimal amplitudlarının nisbəti, həmin əzələnin α-motoneyronlarının reflektor oyanıqlığının səviyyəsinə uyğundur və normada 11-17% arasında dəyişir.
F-dalğa, meydana gəlməsi mexanizmi H-refleksinə bənzər bir potensialdır və ondan fərqi, yalnız hərəki liflərin stimullaşdırılmasındadır. Latent dövrü və davametmə müddətinə görə H-refleksi ilə müqayisə oluna bilər.
Sinirin qayıdan hərəki potensialı (HP) – sinir gövdəsinin elektrik stimullaşdırılmasına olan summar cavabıdır. Hissi liflərin reaksiya potensialının qarışıq sinirin ümumi HP-dən təcrid edilməsi vacib əhəmiyyətə malikdir, çünki bunun sayəsində hissi liflər boyunca oyanıqlığın və ötürücülüyün parametrlərini tədqiq etmək mümkündür.
Xəstənin diqqətli müayinəsindən və diaqnostikanın aparılmasından sonra, həkim əldə edilən nəticələrin analizini həyata keçirir və doğru müalicəni təyin etməyə imkan verən dəqiq bir diaqnoz qoyur. Elektroneyromioqrafiyanın nəticəsində, bir qayda olaraq, zədələnmə nahiyəsi, patologiyanın ağırlıq dərəcəsi (xəstəlik aşkar olunarsa) göstərilir. Prosedurun davametmə müddəti xəstəliyin növündən asılıdır, lakin orta hesabla 30-60 dəqiqə davam edir. Elektroneyromioqrafiyanın üstünlüyü, onun təhlükəsizliyi və maksimum dəqiq nəticələr verməsidir.
ENMQ-nin növləri
Elektroneyromioqrafiya 2 növə bölünür. Müayinə metodu hər patoloji prosesdən asılı olaraq fərdi şəkildə seçilir. Bəzi hallarda hər iki variant tətbiq olunur. Bu, kliniki göstəricilərinə (simptomlar) görə oxşar patologiyaları ayırd etmək üçün çox vacibdir.
Səthi elektroneyromioqrafiya
İkinci adı – dəriüstü üsuldur. Prosedura zamanı dəriüstü elektrodları xəstənin bədəni üzərinə qoyulur ki, onlar da əzələlərin istənilən titrəmələrini qeydə alır, habelə zədələnmənin yerini və ağırlıq dərəcəsini müəyyən edir. Səthi ENMQ, bir neçə rejimdə həyata keçirilir:
- Tam istirahət vəziyyəti.
- Əzələ liflərinin passiv dartılması.
- Əzələlərin süni surətdə fəallaşdırılması.
- Maksimum gərginlik.
- Dozalanmış yüklənmələr (xüsusi çalışmalar).
Diaqnostika tamamilə ağrısızdır və orqanizmin mənfi reaksiyasına səbəb olmur.
İynəli elektroneyromioqrafiya
İynə tipli nazik elektrodun köməyi ilə həyata keçirilir. Əldə olunmuş nəticələrə əsasən, həkim impulsların ötürülmə sürətini, zədələnmə nahiyələrini və əzələ sisteminin reaksiyasını qiymətləndirir. Diaqnostik metod təhlükəsiz və ağrısızdır, lakin bəzi xəstələrdə elektrik impulsları tətbiq edildikdə, zəif qıcıqlanma hissi yarana bilər. Bu, prosedurun düzgün aparılmadığından xəbər vermir. Bu fenomen, xəstənin orqanizminin hissiyyat kandarının fərdi xüsusiyyətləri ilə əlaqədardır. Orqanizmin bu reaksiyası, proses zamanı bilavasitə müşahidə oluna bilər. Elektroneyromioqrafiya müayinəsinin sonunda əksər hallarda narahatlıq müşahidə edilmir. Əzələyə nazik bir iynəşəkilli elektrodun yeridilməsi vasitəsilə həyata keçirilir. Bu metod əzələnin sakit vəziyyətində və iradi surətdə gərginləşdirilməsi zamanı ətraflı şəkildə müayinəsini həyata keçirməyə imkan verir.
Diaqnostikanın məqsədi əzələ sisteminin zədələnmə növünü, onurğa beyni hüceyrələrinin funksiyalarının pozulmasının ağırlıq dərəcəsinin, patoloji prosesin mərhələ və formasını müəyyən etməkdir. İynəli metod ən çətin diaqnostika növlərindən biri hesab edilir və ən dəqiq klinik görünüşü əldə etməyə imkan verir. Bu metodun əsasında dəyişən maqnit dalğasının köməyilə sinir toxumasının maqnetik stimullaşdırılması dayanır. Patologiyanın aşkar edilməsi prinsipləri:
- Onurğa beyninin xəstəliklə Onurğa beynində yerləşən iri sinir hüceyrəsinin (motoneyron) işi müəyyən əzələ liflərinin hərəkətinə nəzarət etməyə əsaslanır. Orqanizmdə patoloji proseslərin inkişaf etdiyi və hərəki neyronların işində pozuntular olduğu bir vaxtda, onlardan əzələ liflərinə “siqnallar” gəlmir ki, bu da əzələlərin qeyri-iradi təqəllüs etməsinə gətirib çıxarır. Vizual müayinə zamanı bu cür patologiyanı müəyyən etmək mümkün deyil, buna görə də, pozuntuların müəyyən edilməsi üçün ən dəqiq üsul, iynəli elektroneyromioqrafiyadır.
- Əzələ sisteminin disfunksiyası. Əgər impulslar hərəki neyrondan əzələ toxumasına hər hansı bir pozuntu olmadan ötürülürsə, patoloji prosesin səbəbi – bilavasitə əzələ liflərinin özlərində olan patoloji dəyişikliklə Belə olan halda, iynəli elektroneyromioqrafiya, sinir impulsunun ona ötürülməsindən sonra əzələlərin təqəllüsetmə müddətini təyin edir.
İynəli ENMQ metodu xəstəliyin növünü, davametmə formasını və zədələnmə nahiyəsini müəyyən etməyə imkan verməsindən əlavə, həm də həkim tərəfindən təyin edilmiş müalicənin effektivliyinə nəzarət etməyə kömək edir. Yəni iynəli ENMQ, yalnız effektiv bir diaqnostik prosedur deyil, həm də müalicə üçün düzgün bir yoldur. Prosedur olduqca təhlükəsizdir, odur ki, həm böyüklər, həm də kiçik yaşlı uşaqlar üçün təyin edilə bilər.
Stimulyasion elektroneyromioqrafiya
Stimulyasiya metodlarından sinir-əzələ sisteminin periferik həlqəsinin müayinəsi məqsədilə istifadə olunur. Bu zaman əzələ fəallığını, periferik sinirin elektrik cərəyanı vasitəsilə qiciqlandırılmasına cavab olaraq, əzələnin fəallığını qeydə alırlar. Oyanmanın ötürülmə sürətinin tədqiqi zamanı, 2 stimullaşdırıcı elektrodu distal və proksimal nöqtələrdə sinirin üzərində dərinin və 1 səthi qeydə alan elektrodu əzələnin üzərinə yerləşdirirlər. Bu metodun əsas məqsədi – zəif elektrik cərəyanı vasitəsilə sinirlərin müəyyən qruplarını stimullaşdırmaqdır. Prosedura başlamazdan əvvəl, sinirlərin lokalizasiyası nahiyələrinə diaqnostik aparata qoşulmuş elektrodlar yerləşdirilir. Elektrod vasitəsilə impuls verildikdən sonra mütəxəssis əzələ yığılmalarının reaksiyasını və əgər varsa, pozuntunun dərəcəsini müəyyən edir. Diaqnostikanın xüsusiyyətləri aşağıdakı cədvəldə təqdim olunur:
Meyar | Xüsusiyyəti |
Sinir həssaslığının qiymətləndirilməsi | Pozuntuların müəyyən edilməsi məqsədilə bəzi əzələ qruplarına zəif cərəyan boşalması tətbiq edilir və impulslara cavab reaksiyası yoxlanılır. Əgər prosedur zamanı əzələ lifləri, elektrik sahəsinə reaksiya verməzsə, bu, onların işinin pozulduğunu göstərir. |
Sinir-əzələ keçiriciliyinin müəyyənləşdirilməsi | Bu halda, müayinənin gedişi ərzində, liflər cərəyanın impulslarına reaksiya verir. Əgər reaksiya zəif olarsa və əzələlərin təqəllüsü qeyri-iradi olaraq baş verərsə, bu zaman adətən, sinir-əzələ keçiriciliyinin pozulması diaqnozu qoyulur. Stimulyasion ENMQ, bu patologiyanı aşkar etməyə və onun xarakterini müəyyənləşdirməyə kömək edir. |
Periferik sinir sisteminin müayinəsi | İmpuls verildikdə, onun periferik sinir boyunca ötürülmə sürəti müəyyənləşdirilir. Əgər reaksiya gecikirsə, bu, periferik sinir sistemində pozulmaların mövcudluğunu göstərir. Sinirin tam disfunksiyasında impulslar ötürülmür. |
Müayinənin aparılmasına göstərişlər
ENMQ müayinəsi hansı xəstəlikləri aşkar edə bilir:
Bu müayinə metodu, sinir və əzələ sistemlərinin pozulmasına səbəb olan bir sıra patologiyaların müəyyən edilməsi məqsədilə təyin edilir. ENMQ-nın aşkar etdiyi xəstəliklər aşağıdakılardır:
- miasteniya;
- radikulit;
- şəkərli diabetin səbəb olduğu əzələ disfunksiyaları;
- tunel sindromları;
- dağınıq skleroz;
- pleksopatiya (pleksit);
- polineyropatiya;
- spinal amiotrofiya;
- onkoloji yenitörəmələr;
- sümük sistemində olan patoloji dəyişikliklər;
- üçlü sinirin nevralgiyası;
- incik sinirinin neyropatiyası.
Bütün bu patologiyalar insan həyatı üçün böyük bir təhlükə mənbəyidir, mütəxəssisin müdaxiləsini və vaxtında müalicə olunmasını tələb edir. ENMQ müayinəsi, xəstəliyin gedişatını, ağırlıq dərəcəsini dərhal müəyyənləşdirməyə və vaxtında müalicəyə başlamağa kömək edir. ENMQ zamanı sinirlərdən əzələlərə impulsların ötürülmə sürəti, tətbiq olunan elektrik boşalmasına olan əzələ cavabları və əzələ təqəllüsünün sürəti müəyyən edilir.
Xəstənin ENMQ müayinəsinə hazırlanması
ENMQ müayinəsindən əvvəl xüsusi bir hazırlıq tələb olunmur. Bununla belə, tədqiqatın nəticələrinə təsir göstərə biləcək aşağıda sadalanan bəzi amillər nəzərə alınmalıdır.
- Əgər xəstə antixolinergik preparatlar və ya miorelaksantlar qəbul edirsə, imkan daxilində onların istifadəsi müayinənin keçirilməsindən bir neçə gün əvvəl dayandırılmalıdır. Çünki bu preparatların komponentləri, impulsların sinir-əzələ keçiriciliyinə bilavasitə təsir göstə Bu, diaqnozun qoyulmasında çətinliklərə səbəb ola bilər. Mütəxəssislər həmin preparatların sonuncu dozasını qəbul etdikdən ən azı 2 gün keçdikdən sonra ENMQ müayinəsini icra etməyi məsləhət görürlər.
- Əgər xəstədə qanın laxtalanması ilə bağlı patologiyalar varsa, o, mütləq bu barədə öz həkiminə məlumat vermə Ola bilər ki, hematoloqun baxışı və analizlərdən keçmək lazım gəlsin. Bu, ENMQ-dan sonrakı ağırlaşmaların və mənfi təsirlərin aradan qaldırılmasına kömək edəcəkdir.
- Bədən çəkisinin həddindən artıq çox olması (istənilən dərəcəli piylənmə) halında, bu cür pozuntuların diaqnostik nəticələrin təhrif olunması təhlükəsi törədə biləcəyi üçün əvvəlcədən həkimlə məsləhətləşmələr aparmaq lazımdır. Əgər piylənmə yüksək ağırlıq dərəcəsindədirsə, çox güman ki, xəstəyə artıq çəkidən xilas olmağa kömək edən xüsusi bir pəhriz rejimi təklif ediləcə
- Müayinədən acqarına keçmək daha yaxşıdır. Son qida qəbulu, nəzərdə tutulan müayinə prosedurundan 2-4 saat əvvəl baş vermə
- Spirtli və energetik içkilər, qəhvə və psixostimulyator preparatlar sinir keçiriciliyinə təsir göstə Məhz bu səbəbdən, müayinənin keçirilməsindən bir sutka əvvəl onların qəbulundan imtina olunmalıdır.
Bütün bu amillər, bu və ya digər şəkildə, aparılan ENMQ-nın nəticələrinə təsir göstərir. Tövsiyə olunan qaydalara əməl olunmazsa, diaqnostika istənilən effekti verə bilməz.
Bundan əlavə, ağır stresslər və həyəcan keçirmək sinir hüceyrələrinin işinə təsir göstərir, istənilən pozuntu isə bu və ya digər səviyyədə əldə olunan məlumatların etibarlılıq dərəcəsinə öz nüfuzunu göstərir. Səhv etmək riskini aradan qaldırmaq üçün, xəstə sakit vəziyyətdə müayinədən keçməlidir.
ENMQ müayinəsi daha çox yuxarı və aşağı ətrafların, üz siniri və üçlü sinirin patologiyaları zamanı təyin olunur.
ENMQ müayinəsinin keçirilməsinə əks-göstərişlər
Proseduru həyata keçirməzdən əvvəl mövcud xəstəliklər barədə həkimə məlumat vermək lazımdır. ENMQ müayinəsi orqanizm üçün kifayət qədər təhlükəsiz sayılır, lakin bəzi əks-göstərişlər vardır. Onlara aşağıdakılar daxildir:
- Dəri örtüklərinin xəstəlikləri. Əgər dəridə xoralar, iltihab, çatlar, göbələk və ya bakterial zədələnmələri varsa, ENMQ müayinəsi qəti qadağandır. Elektrod yeridilməsi zamanı bakteriyalar dərialtı nahiyəyə daxil olur ki, bu da infeksiyanın daha dərin səviyyəyə yayılmasına səbəb olur. Bu, tez-tez abseslərin, irinliklərin, sepsisin və digər təhlükəli patologiyaların inkişafına səbəb olur. Məhz buna görə, prosedurdan əvvəl həkim xəstəni diqqətlə nəzərdən keçirir və dərinin infeksiyalarını aşkar edərsə, ilk növbədə bu xəstəliklərin müalicəsini və sonra ENMQ-ni aparmağı təklif edir.
- Ağır ruhi xəstəliklər. Ağır psixi xəstəliyi olan insanlar, adətən qeyri-adekvat olurlar. Müayinə zamanı belə xəstələr tərpənməyə başlayır, təcavüzkarlıq nümayiş etdirir, cihazları qırmağa cəhd göstərir və s. hərəkətlərlə prosedurun keçirilməsinə mane olurlar. Bu vəziyyətdə müayinəni aparmaq mənasızdır, çünki dəqiq nəticələr əldə etmək, sadəcə olaraq qeyri-mümkündür.
- Yoluxucu xəstəliklər. Bədən temperaturunun artması ilə müşayiət olunan infeksion xəstəliklər zamanı orqanizm çox zəifləyir. Bu cür xəstələrə ENMQ müayinəsinin aparılması məsləhət görülmür.
- Arterial hipertoniya xəstəliyi. Ağır dərəcəli hipertoniya – təhlükəli bir xəstəlikdir və istənilən manipulyasiya təzyiq artımına səbəb ola bilər. Buna görə də hipertoniya xəstəliyi olan xəstələrə ENMQ müayinəsi tövsiyə edilmir.
- Epilepsiya xəstəliyi. Bu patologiyada ENMQ qadağandır, çünki elektrik sahələrinin xəstənin orqanizmi ilə qarşılıqlı əlaqəsi növbəti tutmanın baş verməsinə səbəb ola bilər.
- Qanın laxtalanmasının patologiyaları. Qanın laxtalanmasının pozulmalarında ENMQ müayinəsinin təhlükəsi, elektrodların yeridilməsinin qanaxmalara səbəb ola bilməsində İrsi xarakterli xəstəliyi olan insanlara prosedurun icrası mümkündür, ancaq bu, qanın laxtalanması prosesini normallaşdıran xüsusi preparatlar tətbiq edildikdən sonra aparılmalıdır.
- HİV infeksiyası. Xəstəlik, insanın immun sisteminə təsir edir, nəticədə bədən patogen bakteriyalara qarşı mübarizə qabiliyyətini Qan dövranına daxil olan hər hansı bir patogen mikroorqanizm, ölümə səbəb olan ən ağır patoloji proseslərə gətirib çıxara bilər. Steril şəraitdə ENMQ keçirərkən belə, xəstənin bədəninə hər hansı bir mikrobun daxil olmasını tamamilə istisna etmək mümkün deyil. Buna görə də ENMQ tövsiyə edilmir.
Hamilə qadınlar, kardiostimulyatorları və ürək-damar xəstəlikləri olan şəxslər, müayinənin keçirilməsindən əvvəl, mütləq öz vəziyyətləri barədə həkimlərinə məlumat verməlidirlər. Uşaq yaşı müayinənin keçirilməsi üçün əks-göstəriş deyil. Kiçik yaşlı uşaqları müayinə edərkən, stimullaşdırma metoduna üstünlük vermək məsləhət görülür, çünki iynəşəkilli metod körpəni qorxuda və narahatlığa səbəb ola bilər.
ENMQ-nin nəticələrinin təhlili
Müayinənin sonunda, nəticələr diaqnostik cihazın monitorunda görünür və ya kağız üzərində çap olunur. Nəticələrin təfsiri müxtəlif parametrlərdən ibarətdir:
- İmpulsların ötürülmə sürəti. Sürət normadan aşağı olduqda, ən çox belə bir hallar autoimmun xəstəliklərlə əlaqəli patologiyalardan, məsələn, dağınıq sklerozdan xəbər verir.
- Əzələ fəallığının amplitudası (vibrasiya, gücü, hündürlüyü). Amplitudanın azalması, sinir patologiyalarının inkişafını və ya sinir-əzələ keçiriciliyində maneələrin yaranmasına işarə Amplitudanın göstəricilərində artımın olması, onurğa beyni xəstəliklərindən şübhələnməyə əsas verir.
- Sinir liflərinin impuls keçirmək qabiliyyə Sinir liflərindən əzələ sisteminə impulsları ötürmək qabiliyyətinin olmaması, bir qayda olaraq, sinirin məhv olduğunu göstərir. Bu, qırılma, sıxılma və digər pozuntuların nəticəsi ola bilər.
- Əzələ liflərinin nəzarət olunmayan təqəllüsü. Fassikulyasiyanın olması, onurğa beynindəki müxtəlif zədələnmələr zamanı müşahidə
Bütün bu məlumatlar, normal göstəricilərlə müqayisə olunduqdan sonra müəyyən bir xəstəliyin ağırlıq dərəcəsi, zədələnmə nahiyəsi, ocaqların lokalizasiyası, xəstəliyin növü və s. qiymətləndirilir.
“Sinir xəstələrinin müayinəsi metodları” (Bakı, “Xəzər Universitei” nəşriyyatı, 2020) kitabından (12659 N-li müəlliflik şəhadətnaməsi).
Müəllif: Fərhad Əhmədov. Həkim – nevropatoloq